İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu. MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından milli bayramınız – Respublika Günü münasibətilə təbriklərimi qəbul edin.
Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzu edirəm".
Prezidentə Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina,TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başçısı İrina Vlax, Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov da tbrik məktubları ünvanlayıb.
1news.az