Zbiqnev Bjezinski vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Zbiqnev Bjezinski vəfat edib

12:12 - 27 / 05 / 2017
Zbiqnev Bjezinski vəfat edib

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

1news.az-ın  RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda mərhumun qızı Mika bildirib.

"Bu gecə atam sakitcə dünyasını dəyişib", - Bjezinskinin qızı öz Instagram səhifəsində yazıb, və həmçinin Twitterdə onun ölümü barədə xəbər verib.

New York Times nəşrinin məlumatına görə, Bjezinski 26 mayda Virciniya xəstəxanalarından birində vəfat edib.

1news.az

Paylaş:
813

Son xəbərlər

Bütün xəbərlər