Türkiyəyə uçan təyyarə təcili eniş edib - SƏBƏB | 1news.az | Xəbərlər
Dünya

Türkiyəyə uçan təyyarə təcili eniş edib - SƏBƏB

13:58 - 28 / 05 / 2017
Türkiyəyə uçan təyyarə təcili eniş edib - SƏBƏB

Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan sərnişin təyyarəsi iki sərnişin arasında baş verən davaya görə Krasnodara təcili eniş edib.

1news.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla saat 05.30-da Krasnodar aeroportuna enib. Təyyarədə özünü qaydalara uyğun aparmayan 2 sərnişin polis şöbəsinə gətirilib. Onlardan birinin sərxoş olduğu üzə çıxıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Təyyarə isə 07.30 radələrində reys üzrə uçuşunu davam etdirib. 

1news.az

Paylaş:
1157

Son xəbərlər

Bütün xəbərlər