Səfir: "Azərbaycanla əməkdaşlıq üçün əsas sahələrdən biri müdafiə sektorudur" | 1news.az | Xəbərlər
Müsahibə

Səfir: "Azərbaycanla əməkdaşlıq üçün əsas sahələrdən biri müdafiə sektorudur"

10:39 - 30 / 05 / 2017
Səfir: "Azərbaycanla əməkdaşlıq üçün əsas sahələrdən biri müdafiə sektorudur"

Azərbaycanla Cənubi Afrika Respublikası (CAR) arasında diplomatik əlaqələr 1992-ci il 29 aprel tarixində qurulub. 2011-ci ilin 16 avqust tarixindən Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir. CAR-ın Azərbaycandakı səfiri Pule İsaak Malefane ötən il etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

1news.az-a müsahibəsində CAR-ın Azərbaycandakı səfiri (iqamətgahı Ankara şəhərində yerləşir) Pule Isaac Malefane iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər barədə danışıb, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini açıqlayıb.

Siyasi münasibətlər

Azərbaycanla Cənubi Afrika Respublikası (CAR) arasında çox səmimi münasibətlər mövcuddur. Biz Cənubi Afrikadan Bakıya çox sayda nümayəndə heyətlərinin gəldiklərini görürük. Mən özüm də bir sıra hallarda Bakıya səfər etmişəm. Həmçinin, yüksək səviyyəli görüşlər də həyata keçirilir. Bizim beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nazirimiz xanım Maite Nkoana-Maşabane Azərbaycan Respublikası Prezidentinin qonağı kimi Bakıyda səfərdə olub. Bu səfər artıq güclü olan əlaqələrin möhkəmlənməsinə və yaxşılaşdırılmasına bir mandat oldu. Biz, həmçinin öz maraqlarımızı daha yaxşı təmsil etmək üçün Azərbaycana Fəxri konsul təyinetmə prosesindəyik.

Münasibətlərimizin yaxşı səviyyədə olmasına bir nümunə kimi yenidən beynəlxalq əlaqələr və əməkdaşlıq nazirimizin səfərini qeyd etmək istəyirəm. Xanım nazir xüsusi olaraq Bakıya səfər edib. Yəni o, Bakıdan sonra digər heç bir ölkəyə getməyib. Bütün bunlar onu göstərir ki, Azərbaycanla CAR arasında siyasi münasibətlər möhkəmdir. Bakıya CAR-dan edilmiş sonrakı səfərlər də bunu təsdiqləyib.

İqtisadi münasibətlər

Bakıya səfərim zamanı Azərbaycanın Xarici İşlər Nazirliyində müzakirə etdiyim məsələlərdən biri də məhz iqtisadi əlaqələrlə bağlı  idi. Hesab edirəm ki, bizim indikindən daha çox ünsiyyətə ehtiyacımız var. Aramızda informasıya mübadiləsi aparmaq lazımdır. İki ölkənin iqtisadi sahədə əməkdaşlığı üçün o qədər böyük potensial var ki...

Bizim üçün əməkdaşlığın əsas sahələrindən biri də müdafiə sektorudur. Bakı müdafiə sənayesinin inkişaf etdirilməsi baxımından mühüm bazardır. Bildiyiniz kimi, Azərbaycan bir sıra mühüm müdafiə avadanlıqlarının istehsalında yenilikçi olmaq qabiliyyətinə malikdir. Beləliklə, bu sahə çox faydalıdır.

Azərbaycan Afrika üçün məşhur yer deyil. Biz birgə hansı işləri görə bilmək imkanlarımızı müəyyən etməliyik. Məsələn, Cənubi Afrikadan Azərbaycana, Azərbaycandan da Afrikaya  turizm axını.. Sonra başqa imkanlarımızı da aşkarlaya bilərik. Həm də bundan sonra Azərbaycan özünün normal biznes qabiliyyətini təqdim edə bilər. Cənubi Afrikaya gedən Azərbaycan vətəndaşlarının sayının artması da turizm sektorunda əməkdaşlığın inkişafına imkanlar açır.

Biz may ayında keçirilən ən böyük turizm sərgilərindən birinə İNDABA-ya ev sahibliyi edirik.  Bu sərgidə Cənubi Afrika bütün dünyanın marağını cəlb edir. Biz Cənubi Afrikanın İNDABA-da nələr təklif etdiyini görürük. Azərbaycan turizm şirkətləri də bu sərgidə iştirak edəcək. Bu, bizim əlaqələrimizin inkişafına da  kömək edə bilər.

Mən bu yaxınlarda Bakıya səfər zamanı iki ölkə arasında diplomatik təlim üzrə əməkdaşlıq haqqında razılaşma imzaladıq. Belə ki, Azərbaycan Diplomatik Akademiyası diplomatların təlim-tədrisi ilə bağlı CAR-dakı diplomatik institutlarla əməkdaşlıq edəcək. Bizim gələcək diplomatlardan bəziləri treninq üçün Azərbaycana gələcək. Bu da öz-özlüyündə ölkələrimizin birgə gördüyü işlərin nəticəsidir. Beləliklə, bu yolla da biz əlaqələrimizi inkişaf etdirə bilərik.

Bakı hər kəsi xoş qarşılayır

Mənim Bakıya səfərim avtomobil yarışlarına təsadüf edirdi. İslam Həmrəyliyi Oyunlarına gəlincə, bu, çox yaxşıdır. Bakı bu mənada çox yaxşı addım atıb. Çoxlu sayda insan əsas tədbir və konfranslarda iştirak etmək üçün Bakıya gəlir. Nəticədə Azərbaycan beynəlxalq aləmdə daha çox tanınır. Bakı elə bir şəhərdir ki, hər kəsə qucaq açır, hər kəsi xoş qarşılayır və səyahət üçün gözəl yerlər təklif edir. Hər bir turist Bakıya gəlmək istəyər.

Dağlıq Qarabağ münaqişəsi

Cənubi Afrika Dağlıq Qarabağ məsələsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri dəstəkləyir. Münaqişə yaradan istənilən vəziyyətə qarşıyıq.  Münaqişə nəticəsində günahsız insanlar həyatını itirir. BMT-nin qətnamələrinin həyata keçirilməsi bu baxımdan daha yaxşı bir yoldur.

Pərvanə Sultanova

Paylaş:
1968

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər