BP ötən il Azərbaycanın 167 şirkəti ilə 1,1 mlrd. dollarlıq müqavilə imzalayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP ötən il Azərbaycanın 167 şirkəti ilə 1,1 mlrd. dollarlıq müqavilə imzalayıb

12:36 - 02 / 06 / 2017
BP ötən il Azərbaycanın 167 şirkəti ilə 1,1 mlrd. dollarlıq müqavilə imzalayıb

2016-cı ildə “BP-Azerbaijan” şirkəti ölkədəki tərəfdaşları ilə birlikdə 167 yerli şirkətlə dəyəri 1,06 mlrd. dollar təşkil edən yeni uzunmüddətli müqavilələr imzalayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında şirkətin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, BP-nin ötən il 266 yerli şirkət və fiziki şəxslə əməkdaşlıq edib ki, bunun da 58%-i kiçik və orta müəssisələr olub.

“Azərbaycanda birgə əməliyyatlarımız və layihələrimiz çərçivəsində xərclərimiz ümumilikdə 2,06 mlrd. dollar olub ki, bunun da 900 mln. dolları yerli təchizatçılara çəkilən xərcləridir”, - deyə vitse-prezident qeyd edib.

Babək Cahandarov

Paylaş:
943

Son xəbərlər

Bütün xəbərlər