Kabildə yenidən partlayış törədilib | 1news.az | Xəbərlər
Dünya

Kabildə yenidən partlayış törədilib

11:46 - 06 / 06 / 2017
Kabildə yenidən partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə yenidən partlayış baş verib.

1news.az TASS-a istinadla xəbər verir ki, partlayış bu gün 21 ölkədən olan nümayəndələrin iştirakı ilə “Kabil prosesi” beynəlxalq konfransın keçirildiyi vaxt baş verib.

Məlumata görə, partlayış “yaşıl zona” adlanan ərazidə törədilib.  Orada NATO-nun Əfqanıstana “Qətiyyətli dəstək” missiyasının mərkəzi qərargahı yerləşir.

Hadisə nəticəsində zərər çəkən olmayıb.

Pərvanə Sultanova



 

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər