İranda metroda da partlayış törədilib | 1news.az | Xəbərlər
Dünya

İranda metroda da partlayış törədilib

11:50 - 07 / 06 / 2017
İranda metroda da partlayış törədilib

Tehranda İmam  Xomeyni məqbərəsinin yaxınlığındakı metro stansiyasında partlayış olub.

1news.az xəbər verir ki, yerli KİV-lər silahlı şəxslərin bir neçə nəfəri girov götürdüyünü yazıb.

Qeyd edək ki, bu gün naməlum şəxslərin İran parlament binasına və İmam Xomeyni türbəsinə daxil olaraq atəş açması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Pərvanə Sultanova

 

Paylaş:
1004

Son xəbərlər

Bütün xəbərlər