Nüfuzlu Belçika nəşri Bakı limanından yazıb
Belçikanın nüfuzlu “Euractiv” nəşrində “Azərbaycan özünü dünyaya beşulduzlu ticarət habı kimi nümayiş etdirir” sərlövhəli məqalə dərc olunub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalədə söhbət qanun layihəsi bu günlərdə Milli Məclisə təqdim ediləcək azad iqtisadi zonadan gedir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı paytaxtın 65 kilometrliyində Ələt qəsəbəsində yerləşir. Onun illik əmtəə dövriyyəsi 25 milyon ton nəzərdə tutulub. Limanın rəhbəri Taleh Ziyadov hesab edir ki, Bakı Dubay kimi nəqliyyat habına çevriləcək.
S.Xankişiyeva
616