“Günəşli” yatağında 60 milyon ton çıxarıla bilən neft ehtiyatı var | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Günəşli” yatağında 60 milyon ton çıxarıla bilən neft ehtiyatı var

20:25 - 08 / 06 / 2017
“Günəşli” yatağında 60 milyon ton çıxarıla bilən neft ehtiyatı var

“Günəşli” yatağında 60 milyon ton çıxarıla bilən neft ehtiyatı var.

1news.az-ın “Azneft” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bu barədə birliyin “28 May” neft və qazçıxarma idarəsində (NQÇİ) keçirilmiş müşavirədə məlumat verilib.

“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət “28 May” NQÇİ-də olublar. Müşavirənin məqsədi sözügedən idarənin istismar etdiyi obyektlərin hidrotexniki qurğularının, dəniz özüllərinin, texnoloji obyektlərin, kommunikasiya qovşaqlarının mövcud vəziyyətinin araşdırılması, “28 May” NQÇİ-nin 2017-ci ilin 5 ayı ərzində gördüyü işlərin müzakirəsi olub.

Daşqın İskəndərov “28 May” NQÇİ-nin “Azneft” İstehsalat Birliyinin ən məhsuldar idarələrindən biri olduğu, burada son illər ərzində bütün sahələr üzrə, xüsusilə tikinti-quraşdırma sahəsində, “Günəşli” yatağının yığım və nəql sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. O, ötən il istismara verilmiş 7 nömrəli dərin dəniz özülünün görülən işlərə gözəl nümunə olduğunu xatırladıb.

Sonra, idarənin aidiyyəti mütəxəssisləri 2017-ci ilin 5 ay ərzində görülmüş işlər barəsində geniş hesabatla çıxış ediblər. Bildirilib ki, “Günəşli” yatağında 60 milyon ton çıxarıla bilən neft ehtiyatı var. Hesabat zamanı qalıq neftin intensiv çıxarılma üsulları müzakirə edilib. Hasilatın stabil saxlanılması, qalıq neftin mənimsənilməsi üçün səmərəli işlənmə üsulunun seçilməsinin vacibliyi qeyd olunub. Hasilatın stabil saxlanılması üçün əsas yükün Fasilə lay dəstindən götürülərək digər horizontlara paylanılması ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra sözügedən idarədə aparılan qazma işlərinin gedişi ilə bağlı hesabat dinlənilib. Qazma işlərinin həyata keçirilməsi üçün çatışmayan avadanlıqların təmin olunması üçün müvafiq tapşırıqlar verilib. 2020-ci ilə kimi qaz hasilatında ciddi artıma nail olunması üçün əlavə tədbirlərin görüləcəyi qərarlaşdırılıb. Ötən 5 ay ərzində 33 quyunun təmir olunaraq istismara qaytarıldığı bildirilib.

Ardından qaz-kompressor təsərrüfatı haqqında məlumat verilib. Bu təsərrüfatın “Günəşli” yatağında hasilatın əldə olunmasında böyük rol oynadığı və daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Yeni avadanlıqlarla işləyən kadrların işləri tam öyrənənə kimi təlimlərə cəlb olunması tapşırılıb.

Sonra tikinti-quraşdırma, təmir sahəsi ilə bağlı hesabat dinlənilib. Cari ildə 16 obyektdə tikinti-quraşdırma işlərinin davam etdirildiyi məlum olub. Qeyd olunub ki, 3 və 5 nömrəli dərin dəniz özüllərinin əsaslı təmiri yekunlaşmaq üzrədir.

Baş direktor təhlükəsizlik məsələlərinin qarşıda duran 1 nömrəli məsələ olduğunu vurğulayıb, 3 prinsip üzrə - insanların qorunması, avadanlıqların qorunması və ətraf mühitin mühafizəsinin hər kəs üçün başlıca prinsip olmalı olduğunu qeyd edib. Baş direktor təhlükəsizliyin təmin edilməsi məqsədilə, özüllərdəki bütün işlərin, o cümlədən, özüldə çalışan podratçı şirkətlərin işlərinin “işə icazə” məsələsinin özül rəisi ilə razılaşdırılmasının vacibliyini bildirib.

İclasın sonunda, baş direktor idarədəki çatışmazlıqlar barəsində onların problemlərini dinləmiş və problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verib.

Babək Cahandarov

Paylaş:
692

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35
Bütün xəbərlər