“Samsung Galaxy Note 8” smartfonunun yeni fotoşəkilləri yayılıb
İnsayderlər “Samsung Galaxy Note 8” smartfonunun çertyojlarını təqdim ediblər. Yeni qurğunun “iPhone 8” modelinə rəqib olacağı gözlənilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, smartfonda barmaq izi skanerinin korpusun digər hissələrinin çertyojlarında qeyd edilməməsinə görə onun ekranda yerləşdiriləcəyi ehtimal olunur. Bundan başqa, qurğuda ikitərəfli kamera quraşdırılacaq. “Samsung” şirkətinin bununla bağlı qərarı əksər istehsalçıların qeyd edilən texnologiyadan istifadə etmələrinə görə təəccüb doğurmur.
Həmçinin “Galaxy Note 8” smartfonunda “Infinity” displeyi quraşdırılacaq. Ekranın bucaq radiusunun kiçik olmasına görə onun ölçüsü daha da böyük olacaq.
Sentyabrda nümayiş olunacaq 8 nüvəli prosessora malik “Samsung Galaxy Note 8” smartfonu 4 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək.
Babək Cahandarov