BMT-nin Baş qərərgahında “Əli və Nino” filminin təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BMT-nin Baş qərərgahında “Əli və Nino” filminin təqdimatı keçirilib – FOTO

16:30 - 09 / 06 / 2017
BMT-nin Baş qərərgahında “Əli və Nino” filminin təqdimatı keçirilib – FOTO

Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin, BMT-nin Cenevrə ofisinin təşkilatçılığı və SOCAR tredinq şirkətinin dəstəyi ilə BMT-nin Cenevrədəki Baş qərərgahındakı "Millətlər sarayı"nda “Əli və Nino” filminin təqdimatı keçirilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bədii filmin təqdimat mərasimində çıxış edən BMT-nin Cenevrə bölməsinin kitabxana rəhbəri Fırançesko Pisano yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs etdiyini, dünyanın bir çox yerində izlənilən “Əli və Nino”nun musiqisini və kinematoqrafik keyfiyyətini yüksək dəyərləndirdiyini deyib. O, yayımlanmış materiallarda filmin musiqisinin nostalji, eyni zamanda romantik, kədərli, bununla yanaşı ümidverici olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov  əslən azərbaycanlı olan və Azərbaycan Demokratik Respublikasının  bolşevik işğalından sonra Avropaya mühacir edən yazıçı Qurban Səidin 1937-ci ildə Avstriyada alman dilində çap olunan və 30-dan artıq xarici dilə tərcümə edilən eyniadlı əsərinin mövzusu üzrə çəkilən bu filmin o dövrün reallıqlarını, o cümlədən Cənubi Qafqaz xalqlarının mədəniyyəti, adət-ənənələri və milli xüsusiyyətlərini əks etdirmək baxımından çox əhəmiyyətli olduğunu vurğuladı. Vaqif Sadıxov  filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodüserliyi, Oskar mükafatı laureatı Asif Kapadianın rejissorluğu ilə çəkildiyini qeyd edib, ekran əsərinin ADR-in yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə işıqlandırdığını bildirdi. Səfir qeyd etdi ki, filmdə Birinci dünya müharibəsi fonunda Cənubi Qafqazda multikultural cəmiyyətdə gedən proseslər, Şərq və Qərb arasında kəsişmə nöqtəsi olan Bakının portreti, eləcə də 1918-1920-ci ildə Azərbaycanda baş vermiş real hadisələr öz bədii təsvirini tapıb. Səfir həmçinin bildirdi ki, bu filmin qayəsi BMT-nin dəyərləri ilə üst-üstə düşür. Dinlər və mədəniyyətlər, Şərq və Qərb, müdriklik və gənclik, sevgi və nifrət, kişi və qadın arasında müxtəlif müqayisələr əsasında həqiqət və barış axtarışı bu ekran əsərinin əsas mövzularıdır.

Çıxış edən digər natiqlər - Gürcüstanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyinin rəhbəri Şalva Tısıskaraşvili, "SOCAR Trading" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildiriblər ki, Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər, XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri dolğun və obyektiv şəkildə təsvir edir. Qeyd edilib ki, dövrümüzün və günümüzün ən aktual məsələsi olan multikulturalizm, tolerantlıq mövzusuna dair cəmiyyətə və insanlara vacib mesajlarla dolu “Əli və Nino” bədii filmi tamaşaçıların rəğbətini qazanacaq.

Sonra qonaqlar filmi seyr ediblər. Filmi izləyən tamaşaçılar ekran əsəri haqqında yüksək təəssüratlarını bildiriblər.

S.Xankişiyeva

Paylaş:
898

Son xəbərlər

Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25
Bütün xəbərlər