Xəzərdə külək noyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə külək noyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ

1news Redaksiyası12:50 - Bu gün
Xəzərdə külək noyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə 1news.az-a Agentlikdən məlumat verilib.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti noyabrın 25-nə kimi davam edəcək.

Noyabrın 25-də gün ərzində şimal-qərb və şimal küləyi müşahidə olunacaq.

Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq küləyin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2,5-3,5 m, sonrakı inkişafda 4-6 m çatacağı proqnozlaşdırılır.

Paylaş:
26

Son xəbərlər

Bütün xəbərlər