Ərdoğan Qətərdə türk əsgərlərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan Qətərdə türk əsgərlərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib

09:10 - 09 / 06 / 2017
Ərdoğan Qətərdə türk əsgərlərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə türk əsgərlərinin yerləşdirilməsi ilə bağlı sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.

Qətərlə diplomatik əlaqələri kəsən ərəb ölkələrinin sayı 7-yə çatıb – YENİLƏNİB

Körfəz böhranı: Qətər niyə təkləndi?

S.Xankişiyeva

Paylaş:
3485

Son xəbərlər

Bütün xəbərlər