Novak neft bazarının sabitləşməsindən danışıb
Rusiya energetika naziri neft bazarının 2018-ci ilin birinci rübünün sonunadək sabitləşəcəyinə əminliyini ifadə edib.
1news.az TASS-a istinadla xəbər verir ki, nazir bu gün neft hasilatının azaldığını vurğulayıb.
“Biz əminik ki, yaxın bir neçə kvartal ərzində, ola bilsin ki, gələn ilin birinci yarısının sonunda bazar sabitləşəcək”.
Qeyd edək ki, 2016-cı ilin noyabr ayında OPEC və neft ixrac edən qeyri-OPEC ölkələri bu il ərzində neft hasilatının gündəlik 1,8 milyon barel azaltmaqla bağlı razılığa gəlmişdi. Cari ilin may ayında Vyanada keçirilən görüşdə razılaşmanın müddəti daha doqquz ay uzadılıb.
Pərvanə Sultanova
698