Səfir Rəşad Aslanov etimadnaməsini Çili Prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Səfir Rəşad Aslanov etimadnaməsini Çili Prezidentinə təqdim edib

09:49 - 14 / 06 / 2017
 Səfir Rəşad Aslanov etimadnaməsini Çili Prezidentinə təqdim edib

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının Prezidenti xanım Mişel Baçeletə təqdim edib.

1news.az XİN-ə istinadla xəbər verir ki, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırıb.

Prezident Mişel Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov ölkəmiz haqqında xanım Mişel Baçeletə ətraflı məlumat verib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edərək Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini bildirib. Görüş əsnasında, həmçinin Azərbaycan və Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Mişel Baçelet səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Pərvanə Sultanova

Paylaş:
1107

Son xəbərlər

Bütün xəbərlər