BƏƏ-də Milli Qurtuluş Günü qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

BƏƏ-də Milli Qurtuluş Günü qeyd edilib - FOTO

11:02 - 14 / 06 / 2017
BƏƏ-də Milli Qurtuluş Günü qeyd edilib - FOTO

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ)  səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə 15 İyun-Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib.

1news.az-a səfirlikdən verilən məlumata görə, səfirlik və Baş konsulluğun əməkdaşlarının və onların ailə üzvlərinin, eləcə də Əbu-Dabi və Dubay şəhərlərindəki Azərbaycan icmasının fəal üzvlərinin iştirakı ilə keçirilən tədbiri açan səfir Daşqın Şikarov 15 iyun 1993-cü il tarixinin müasir tariximizin müstəsnalığından geniş bəhs edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyev göstərilən tarixdə həyatına mümkün təhdidlərə rəğmən müdrik Azərbaycan xalqının dönməz çağırışlarına biganə qalmayaraq Naxçıvan Muxtar Respublikasından Bakıya gəldi və paytaxtda öz fiziki mövcudluğu ilə insanlarda sabaha inam yaratdı.

Eyni zamanda ulu öndərin böyük qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qabardan səfir qədirbilən xalqımızın böyük xilaskarının xidmətlərini unutmadığını və hər il Milli Qurtuluş Gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini xüsusilə qeyd edib.

Sonra səfir ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən əvvəl və sonrakı mənzərələr arasında paralellər apararaq xatırladıb ki, 1992-ci il 15 mayda çevriliş yolu ilə hakimiyyəti ələ keçirən səriştəsiz insanların ucbatından qardaş qırğını astanasında olan ölkəmizdə məhz Ulu Öndərin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi sayəsində tüğyan edən böhrana son qoyuldu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti respublikamız boyu müşahidə edilən xaosu, siyasi çəkişmələri, sosial-iqtisadi böhranı birdəfəlik kökündən kəsdi və Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə şərait yaratdı.

Heydər Əliyevin rəhbərliyi ilə başlayan intibah dövrünə nəzərə salan səfir D.Şikarov ilk növbədə ölkə boyu ictimai-siyasi sabitliyin bərqərar olduğunu önə çəkərək, bu mühüm ünsürün sabiq hakimiyyətdən miras qalan ağır sosial-iqtisadi problemlərin mərhələlərlə həll olunmasını, o cümlədən ölkənin elmi və mədəni həyatında əsaslı dönüşü, xalqımızda milli birlik hissinin möhkəmlənməsini təmin etdiyini yada salıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasına və respublikamızın ərazisində transmilli layihələrə start verildiyini, bununla da xalqımızın güzəranının yüksələn xətlə artmağa başladığını söyləyib.

Ardınca səfir ulu öndər Heydər Əliyevin cızdığı kursun mahiyyəti haqqında danışarkən məhz bu kurs və onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırkı qlobal tələblərə uyğun müvəffəqiyyətlə inkişaf etdirməsi sayəsində ölkəmizin hərtərəfli cəhətdən qüdrətləndiyini vurğulayıb. Həmçinin dahi liderin bütün tarixi dövrlərə uyğun ideyaların Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yaşadıldığı qeyd edilib, Fondun mühüm yerli və qlobal fəaliyyətinə ətraflı nəzər salınıb.

Sonra çıxış edən baş konsul Pərviz İsmayılzadə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti haqqında dolğun şəkildə danışdığı zaman məhz Ulu Öndər kimi tarixin məcrasını dəyişməyə qadir olan dahilərin 100 ildən bir hər bir xalqın içindən çıxdığını özəlliklə qeyd edib və Milli Qurtuluş Günü üzərində təfsilatlı dayanıb.

P.Sultanova

Paylaş:
974

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər