"Samsung-dan invertorlu soyuducular – qənaətli, səssiz və uzun ömürlü"
Soyuducu hər bir evin vacib atributudur. Soyuducu alarkən biz tutumluluq, qənaətçilik, səssizlik və ən əsası uzun müddətli istismar kimi bir çox meyarı əsas tuturuq.
Yeni Samsung soyuducuları kompressor üzərinə düşən yükü azaldaraq, istismar müddətini uzadan invertor texnologiyası əsasında işləyirlər. Bəs invertor tipli kompressorların ənənəvi kompressorlardan fərqi nədədir? Sıravi kompressorun iş prinsipi daim sönüb yanmaqdan ibarətdir. Hər dəfə bu cür kəskin işə düşmənin nəticəsi olaraq enerji sərfiyyatı artır (bu soyuducu kameranın sürətli soyudulması üçün lazımdır) və sistem yüklənir. Digital Inverter Compressor ilə təchiz olunmuş Samsung soyuducuları isə mühit şərtlərindən asılı olaraq işləmə gücünün avtomatik dəyişməsi sayəsində enerji istifadəsini azaldır və məhsuldarlığı yaxşılaşdırır.
Qeyd etmək lazımdır ki, bu soyuducular isti hava şəraitindən, qaynar yemək və soyuducu qapısının tez-tez acılmasından asılı olaraq iş rejimini tənzimləyir və hava kütləsini sürətlə soyudur.
Ehtiyac olmadıqda invertor mühərrikin işləməsini zəiflədərək, elektrik enerjisinin sərfiyyatını azaldır. Belə ki, Digital Inverter Compressor –lu Samsung soyuducuları adı soyuducularla müqayisədə orta hesabla 20% daha qənaətçildirlər. Bu da öz növbəsində istifadəçilərə elektrik enerjisi ödənişlərini azaltmaq və ətraf mühitin qorunması üçün öz töhfələrini vermək imkanı yaradır. Mühərrikin işləməsində ciddi yüklənmə baş vermədiyi üçün, müxtəlif mexanizm detallarının köhnəlməsinin qarşısı alınır və texnikanın istismar müddəti uzadılır.
Günümüzdə soyuducu artıq sadəcə mətbəxin bir elementi sayılmır, belə ki, hər bir xanım öz köməkçisinin xarici görünüşünə qarşı çox tələbkardır. Samsung soyuducuları nəinki qənaətçil və uzun ömürlü, həmçinin, müasir dizayna malikdirlər. Hər bir model – mövcud rəng seçimi və fakturalı panel örtüyünə malik olan dəbli aksessuardır. Samsung, həmçinin, kiçik və rahat mətbəx sahiblərinin invertor texnologiyasının imkanlarından yararlanması üçün geniş ölçü assortimenti də təqdim edir.
Samsung soyuducularının müasir dizaynı onların tutumluluğu və istismar rahatlığı ilə tamamlanır. Belə ki, rahatlıqla çıxarıla bilən Easy Slide siyirtməsi lazımı məhsulu onun nə qədər uzaqda yerləşməsindən asılı olmayaraq asanlıqla tapa bilməniz, böyük qapı “cibi” isə , əsas rəflərdə yerə qənaət etməklə, yan rəflərdə həcmli məhsul bağlamalarını saxlaya bilmə imkanı yaradır. Yeni soyuducular, həmçinin, işləmə kamerasının hər bir bucağını bərabər şəkildə soyudulası üçün All-aroundCooling texnologiyası ilə təchiz olunub. Soyudulmuş hava kütləsi hər bir rəfə çıxışı olan ventilyasiya məsamələri vasitəsi ilə paylanaraq, soyuducuda sabit temperatur yaradır və məhsulları üzün müddət təzə saxlayır. No Frost texnologiya sayəsində isə soyuducunun donunu açmaq daha lazım gəlməyəcək. Samsung soyuducularının soyutma kamerası kondensassiyadan qorunma hesabi ilə yaradıldığı üçün məhsulları yararsız edən kif və bakteriyalar haqda narahat olmağa dəyməz.
Digital Inverter Compressor ilə təchiz olunmuş Samsung soyuducuları haqda ətraflı məlumatı: Baku Eectrornics, Kontakt Home, Optimal və Maxi.az rəsmi mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.