Sumqayıtda mikroavtobus oğurlayan şəxs tutulub

Sumqayıtda mikroavtobus oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, iyunun 12-də Sumqayıt şəhəri 39-cu məhəllə ərazisindən şəhər sakini Dəyanət Hümbətova məxsus, üzərində mühərriki olmayan təmirə qoyulmuş “KİA” markalı mikroavtobus oğurlanıb.
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Tural Hüseynov tutulub.
Babək Cahandarov
529