Kinomanlar üçün şad xəbər – IMAX-da unudulmaz yay repertuarı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kinomanlar üçün şad xəbər – IMAX-da unudulmaz yay repertuarı – FOTO

11:00 - 16 / 06 / 2017
Kinomanlar üçün şad xəbər – IMAX-da unudulmaz yay repertuarı – FOTO

Sevdiyimiz qəhrəmanların yer aldığı yeni filmləri görmək hər zaman xoş hislər bağışlayır. Xüsusilə bu filmləri böyük ekranda, IMAX formatında izləmək imkanı varsa bu, kinomanlar üçün ikiqat zövqdür. 

Yay mövsümünün başlaması ilə əlaqədar Park Cinema kinoteatrlar şəbəkəsi IMAX-da “Super qiymət” aksiyasına start verir. “İyul ayının ortasına kimi bu yayın ən məşhur premyeraları gözlənilir və biz böyük məmnuniyyətlə kinosevərlərə bu filmləri super qiymətə izləmək şansı təqdim edirik. Belə ki, Bazar ertəsindən Çərşənbə gününə qədər IMAX-da günorta seansları üzrə super qiymət qüvvədə olacaq – 6.90 azn. İnanırıq ki, izləyicilər böyük ekranda sevimli qəhrəmanlarına bir addım daha yaxın olacaq və IMAX-ın xüsusi effekt və səs keyfiyyətindən zövq alacaqlar”, deyə kinoteatrlar şəbəkəsinin marketinq üzrə direktoru Musa Axundov bildirib.

Aksiya müddətində “Maşınlar 3”, “Transformerlər: Sonuncu cəngavər”, həmçinin, “Hörümçək adam: Evə qayıdış” filmləri IMAX formatında nümayiş etdiriləcək. Kinosevərlər biletləri həm onlayn, həm də Flame Towers-da yerləşən IMAX kinoteatrın kassasından əldə edə bilərlər.

Qeyd edək ki, Park Cinema Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

IMAX repertuarı və cədvəl haqda ətraflı məlumatı buradan əldə edə bilərsiniz: http://parkcinema.az/imax

Reklam hüququnda

Paylaş:
997

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar17 / 05 / 2024, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib17 / 05 / 2024, 13:52
Bütün xəbərlər