İstirahət mərkəzində iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət mərkəzində iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb

13:03 - 08 / 07 / 2017
İstirahət mərkəzində iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq İsmayıllı rayonunda istirahət mərkəzində iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən hadisə barədə məlumat yayıb.

1news.az  xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandığını deyib.

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, iyulun 7-də İsmayıllı rayonunda istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.

APA-nın xəbərinə görə, istirahət etmək üçün Bakı və Zaqataladan İsmayıllıya gələn 4 nəfər turisti elektrik cərəyanı vurub. Hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə istirahət mərkəzinin hovuzunda baş verib. Gənclər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal olunur.

1news.az 

 

 

Paylaş:
627

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər