XİN rəsmisi Kosta Rikanın müvəqqəti işlər vəkilini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

XİN rəsmisi Kosta Rikanın müvəqqəti işlər vəkilini qəbul edib

15:09 - 07 / 08 / 2017
XİN rəsmisi Kosta Rikanın müvəqqəti işlər vəkilini qəbul edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rika Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Jairo López Bolañosu qəbul edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Jairo López Bolaños müvafiq təyinatı və Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu qarşı tərəfə təqdim edib.

Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.

P.Sultanova

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər