Avropa Şurasından Zəhra ilə bağlı sorğuya cavab
“Avropa Gənclər Parlamenti – Azərbaycan” ictimai birliyinin 2017-ci il 4 iyul tarixdə Ermənistan silahlı qüvvələrinin Alxanlıda qətlə yetirdikləri Sahibə Quliyeva və onun nəvəsi Zəhra ilə bağlı çağırışına Avropa Şurasının Baş katibinin müşavirindən cavab verilib.
1news.az-a ictimai birlikdən verilən məlumata görə, cavab məktubunda bildirilir:
“Avropa Şurasının Baş katibi cari ilin 4 iyul tarixində Fizuli rayonunun Alxanlı kəndində yenidən baş verən şiddət nəticəsində həyatını itirən mülki şəxslərlə bağlı məlumatı dərin təəssüf və kədər hissi ilə öyrənib”.
Məktubda vurğulanıb ki, Baş katib və Avropa Şurası münaqişənin insani və məsuliyyətli şəkildə həll edilməsi ilə bağlı Minsk qrupunun həmsədrlərinin çağırışını tam dəstəkləyir.
1news.az