Azərbaycan hərbçiləri “Artilleriya atəşinin ustaları” müsabiqəsinin finalına vəsiqə qazanıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan hərbçiləri “Artilleriya atəşinin ustaları” müsabiqəsinin finalına vəsiqə qazanıblar

19:30 - 08 / 08 / 2017
Azərbaycan hərbçiləri “Artilleriya atəşinin ustaları” müsabiqəsinin finalına vəsiqə qazanıblar

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında minaatan heyətimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az -a bildiriblər ki, finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.

1news.az

 

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər