Səfir: Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin səviyyəsi 10 dəfə artırılmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin səviyyəsi 10 dəfə artırılmalıdır

12:28 - 08 / 08 / 2017
Səfir: Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin səviyyəsi 10 dəfə artırılmalıdır

Pakistan və Azərbaycan arasında münasibətlərdə bir yüksəliş var. 

1news.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib. O bildirib ki, iki ölkə aradında bir sıra yüksək səviyyəli səfərlər həyata keçirilib:

“Prezident İlham Əliyev bu il Pakistana səfəri çərçivəsində Prezident Məmnun Hüseyn və digər rəsmi şəxslərlə görüşdü. Bu səfər zamanı siyasi, iqtisadi və ticarət münasibətləri müzakirə olundu. Qeyd edildi ki, ticarət əlaqələrinin səviyyəsi çox aşağıdır və növbəti üç ildə 10 dəfə artırılmalıdır”.

Bu səfərdən sonra iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ başladığını deyən səfir hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini söyləyib:

“Pakistanın fövqəladə hallar naziri Azərbaycanda səfərdə oldu və keçirilən görüşlər zamanı iki ölkənin nazirlikləri arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olundu. Müdafiə naziri Zakir Həsənovla görüşdə isə hərbi əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb”.

Diplomat deyib ki, bu yaxınlarda Bakıda ticarət üzrə işçi qrupun ilk iclası keçirildi:

“9-12 noyabr tarixlərində Pakistanda “EXPO 2017” sərgisi keçiriləcək. 60-dək ölkənin iştirak edəcəyi bu tədbirə Azərbaycanı da dəvət etmişik”. 

Səfir əlavə edib ki, avqustun 14-də Pakistanın müstəqilliyinin 70-ci ildönümü tamam olur: “Eyni zamanda biz iki ölkə arasında diplomatik əlaqələrin 25-ci ildönümünü qeyd edirik”.

Pərvanə Sultanova

Paylaş:
724

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər