ABŞ-da heykəl qalmaqalı: maşını insanların üstünə sürdü - VİDEO
ABŞ-ın Sprinqfild şəhər polisi ötən həftə sonu Şarlotsvildə keçirilən etiraz aksiyasındakı zorakılıqla bağlı Facebook-da rişxəndedici şərhlə bağlı araşdırmalara başlayıb.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, şərhi şəhər polis əməkdaşı Konrad Larivenin yazdığı etimal olunur.
K.Larive sosial şəbəkədə etiraz aksiyası keçirənlərin üstünə avtomobil sürülməsinə belə reaksiya verib: “Ahaha, möhtəşəm, bəlkə insanlar yolu bağlamamalı idilər”.
O, jurnalistlərlə söhbətində baş verən hadisə ilə bağlı təəssüfünü bildirib və bunun “axmaq şərh” olduğunu etiraf edib.
Başqa bir polis əməkdaşı Con Barberi sosial şəbəkələrdə yazılanlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən daxili araşdırma başlandığını deyib. Onun sözlərinə görə, Konrad Lariver adlı bir adam həqiqətəndə şəhər polisində çalışır. Hazırda polis onun həqiqətən də bu mesajı yazdığını araşdırır.
Qeyd edək ki, Şarlotsvildəki toqquşma ilə bağlı fövqəladə vəziyyət rejimi elan olunub. Şənbə günü etiraz aksiyası keçirən bir qrup şəxsin üstünə avtomobil sürülməsi nəticəsində bir nəfər həlak olub, 34 nəfər yaralanıb.
Xatırladaq ki, ifrat sağçıların tərəfdarları ordakı parkdan vətəndaş müharibəsi zamanı birləşmiş ordu generalı olmuş Robert Edvard Linin heykəlinin götürülməsi planına etiraz ediblər. Aksiya zamanı onların əleyhdarları ilə toqquşma baş verib.