TAP-ın keçdiyi 3 ölkədə işçilər 35 milyon kilometr yol qət edib və 14,5 milyon nəfər-saat iş görülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

TAP-ın keçdiyi 3 ölkədə işçilər 35 milyon kilometr yol qət edib və 14,5 milyon nəfər-saat iş görülüb

14:19 - 14 / 08 / 2017
TAP-ın keçdiyi 3 ölkədə işçilər 35 milyon kilometr yol qət edib və 14,5 milyon nəfər-saat iş görülüb

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin keçdiyi 3 ölkədə - Yunanıstan, Albaniya və İtaliyada işçilər təxminən 35 milyon kilometr yol qət edib və 14,5 milyon nəfər-saat iş görülüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres müsahibədə deyib.

 “2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər müvafiq icazələrin alınması üzrə işlər davam etdirilir. TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində bu ilin mart-iyul mikrotunelin tikiləcəyi ərazidən 210 zeytun ağacı çıxarılıb. Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına (Masseria del Capitano) köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq, onlara müvafiq qulluq göstəriləcək. TAP-ın yaz aylarında (1 iyul - 31 avqust) İtaliyada sahil boyunca heç bir inşaat işi aparmamaq və bölgədə turizm sektoruna təsir etməmək barədə öhdəli var. İyul ayının ortalarında mikrotunelin çıxış nöqtəsi və texniki xidmətlərin bir sıra sualtı tədqiqatları tamamlanıb. Bu tədbirlər təsdiq edib ki, TAP-ın mikro-tunel çıxış nöqtəsi ətraf mühitə az təsir etməsi baxımından seçilmiş yer ən yaxşı variantdır”, - deyə Ulrike Andres bildirib.

O qeyd edib ki, indiyədək TAP-ın keçdiyi Yunanıstan, Albaniya və İtaliyada işçilər təxminən 35 milyon kilometr yol qət edib və hər hansı ciddi insident olmadan 14,5 milyon nəfər-saat iş görülüb.

Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Boru kəmərinin tikintisi üzrə işlərin təxminən 47 faizi icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

S.Xankişiyeva

Paylaş:
596

Son xəbərlər

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilibBu gün, 09:59AMB iyulun ilk gününə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32Bu gündən şəhərdaxili sərnişin daşıyan avtonəqliyyat vasitələri videokameralarla təchiz olunmalıdırBu gün, 09:08Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:05Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinin yuxarı hədləri təsdiqlənibBu gün, 09:03Füzuliyə AZAL-ın müntəzəm reysləri açılırBu gün, 08:59Bu gündən taksilərlə bağlı tələblər qüvvəyə minib - TƏFƏRRÜATBu gün, 08:49Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 08:46Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36
Bütün xəbərlər