“iPhone 8”in yeni fotosu dərc olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

“iPhone 8”in yeni fotosu dərc olunub

14:57 - 15 / 08 / 2017
“iPhone 8”in yeni fotosu dərc olunub

“Forbes” jurnalının redaktoru Qordon Kelli “iPhone 8” smartfonunun yeni şəkillərini dərc edib. Onun sözlərinə görə, bu, bütün mövcud prototiplər arasında ən müfəssəlidir.

"Mən bu prototipin “iPhone 8” smartfonunun yekun dizaynı olduğunu təsdiq edə bilərəm”, - deyə Q.Kelli bildirib.

1news.az-ın kommersant.ru-ya istinadla verdiyi xəbərə görə, adi metal parçasından ibarət olan bir çox maketlərdən fərqli olaraq, bu prototip çox müfəssəldir və fabrikdə yüksək keyfiyyətli materiallardan hazırlanıb.

Smartfonun arxa qapağı simsiz enerjidoldurmanı dəstəkləmək üçün şüşədən hazırlanıb. Həmçinin “iPhone 8” qurğusu 5,8 düymlük çərçivəsiz displeyə malikdir. O, həmçinin təsdiq edib ki, ekranın yuxarı hissəsində dinamik və datçiklərin altında kəsik var. “iPhone 8” smartfonunun ölçüləri “iPhone 7”dən bir qədər böyükdür.

Kelli qeyd edir ki, “Apple” şirkəti doğrudan “Touch ID” barmaq izləri skanerinə malik “Home” düyməsindən imtina etməyi və onu “Face ID” sifət skaneri ilə əvəz etməyi planlaşdırır.

 “iPhone 8” smartfonu 2017-ci ilin payızında “Apple” şirkətinin illik təqdimatında təqdim ediləcək.

S.Xankişiyeva

Paylaş:
621

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər