Unibank ad günündə böyük endirim kampaniyası keçirir

İndi Unibank-ın məhsullarından istifadə etməyin əsl məqamıdır.
Unibank 25 illik yubileyi münasibəti ilə məhsul və xidmətlərində böyük endirim kampaniyası elan edir. Avqustun 15-dən etibarən bankdan kredit götürən, debet kart alan, Unibank kartları ilə alış-veriş edənlər, bu sürprizləri görəcəklər. Ad günü avqustda olanları isə xüsusi hədiyyələr və endirimlər gözləyir. Sentyabrın 15-dək Unibank-a müraciət edin və bankın ad günü münasibəti ilə aşağıdakı endirimləri əldə edin:
- Avqustda ad günü olan müştərilərə xüsusi endirim paketi: 0% komissiyalı nağd kreditlər, debet kartlara və depozit qutularına 25 %-lik endirim;
- Depozit təminatı ilə verilən kreditlər komissiyasız;
- Bütün müştərilər üçün nagd kreditlərdə komissiya endirimi- komissiya cəmi 1 % (min. 10 AZN)
- Unibank kartları ilə alış-veriş zamanı bəzi mağazalarda 30%-lik cashback.
Unibank-ın ad günü kampaniyasından siz də faydalanın!
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə bank filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank - hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.