Ötən il 300 min sərnişin Türk Hava Yolları vasitəsilə Bakıdan İstanbula daşınıb

2016-cı ildə 300 min sərnişin “Türk Hava Yolları” (THY) vasitəsilə Bakıdan İstanbula daşınıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Türk Hava Yollarının Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.
O bildirib ki, bu sərnişinlərin böyük əksəriyyəti İstanbuldan da başqa şəhərlərə səfər edənlərdir. İstanbula gələn azərbaycanlılar ən çox Avropa istiqamətinə gedirlər. Bundan əlavə, son illərdə THY-nin Afrikada da fəaliyyətinin genişləndirməsinə paralel olaraq azərbaycanlı qonaqların da bu istiqamətə səyahətlərinin şahidiyik.
S.Xankişiyeva
622