Bakıda 41-ci Dünya Skaut Konfransı başa çatıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 41-ci Dünya Skaut Konfransı başa çatıb - FOTO

20:53 - 18 / 08 / 2017
Bakıda 41-ci Dünya Skaut Konfransı başa çatıb - FOTO

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı avqustun 18-də başa çatıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransın son iclasında Dünya Skaut Hərəkatı Təşkilatının rəsmiləri yüksək təşkilatçılığa və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Dünya Skaut Komitəsinin tarixində ilk dəfədir belə yüksək təşkilatçılıqla konfrans baş tutub. Elə buna görə də Azərbaycan skaut hərəkatı konfranslarının tarixində ilk dəfə olaraq təsis edilən təşəkkür diplomu və rəmzi hədiyyə ilə təltif edilib.

Dünya Skaut Komitəsinin sabiq sədri Joao Armando Qonsalves yekun nitqi ilə çıxış edərək təşkilata rəhbərlik etdiyi son 3 ilin hesabatının verib. O bildirib ki, skautların sayının artması üçün bu illər ərzində var qüvvəsi ilə çalışıb. Skaut hərəkatı istənilən gəncin motivasiyası üçün əhəmiyyətli rola malikdir.

Qeyd edilib ki, Bakı konfransı skaut hərəkatına marağın artmasında müstəsna rol oynadı. Azərbaycan hökuməti skaut hərəkatına çox böyük dəstək nümayiş etdirdi. Biz bu dəstəyi Azərbaycanın konfransı yüksək səviyyədə təşkil etməsi ilə gördük.

Dünya Skaut Hərəkatı Təşkilatının onuncu baş katibi Əhməd əl-Hindavi isə növbəti illər üçün nəzərdə tutulan planlardan danışıb.

O qeyd edib ki, 2023-cü ilə qədər skautların sayının 100 milyona çatdırılması qarşıya hədəf kimi qoyulub. Bunun üçün daha geniş təbliğat işləri aparılacaq. Çünki dünyanın skautlara ehtiyacı var.

Dünya Skaut Komitəsinin yeni sədri Qreq Turpi isə bildirib ki, quruma sədrlik edəcəyi növbəti 3 ildə skaut ailəsinin artması, skaut hərəkatının daha çox ölkəni əhatə etməsi üçün əlindən gələni əsirgəməyəcək.

Sonra Dünya Skaut Hərəkatı Təşkilatının bayrağı Azərbaycan skautları tərəfindən Misir skautlarına təqdim olunub.

Xatırladaq ki, 2020-ci ildə 42-ci Dünya Skaut Konfransı Misirdə keçiriləcək.

1news.az

Paylaş:
727

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər