Evdə tualet olmadığına görə qadın ərindən boşanıb | 1news.az | Xəbərlər
Dünya

Evdə tualet olmadığına görə qadın ərindən boşanıb

17:25 - 21 / 08 / 2017
Evdə tualet olmadığına görə qadın ərindən boşanıb

Hindistanda bir qadına evdə tualet tikmədiyinə görə ərindən boşanmağa icazə verilib.

1news.az-ın BBC-yə istinadla verdiyi xəbərə görə, 20 yaşlarında olan qadın ərdə olduğu beş il ərzində ayaqyoluna getmək üçün çölə çıxmalı olub. Hindistan qanunları yalnız ailədə zorakılıq və ya sübut edilmiş qəddarlıq kimi məhdud hallarda boşanmağa imkan verir.

Qadının vəkili AFP xəbər agentliyinə bildirib ki, hakim açıq yerdə ayaqyoluna getmək məcburiyyətini işgəncə ilə müqayisə edib.

Racastan ştatının məhkəməsi bildirib ki, qadınlar ayaqyoluna çöldə getmək üçün çox vaxt havanın qaralmasını gözləməyə məcbur olur. Times of India nəşrinin yazdığına görə, məhkəmənin qərarında deyilib ki, "ayaqyoluna getmək üçün havanın qaralmasını gözləmək qəddarlıqla yanaşı, qadınları abır-həyadan salmağa bərabərdir".

Hindistan mətbuatının bildirdiyinə görə, sözügedən qadın boşanma ərizəsini 2015-ci ildə yazıb.

Ölkənin kənd ərazilərində ayaqyoluna çöldə getmək vərdişi geniş yayılıb. Hökümət, 2019-cu ilə qədər hər bir ailəni ev tualeti ilə təmin etmək məqsədi qoyub.

BMT-nin Uşaq Fondu UNICEF-in bildirdiyinə görə, Hindistan əhalisinin təxminən yarısı tualetlərdən istifadə etmir.

S.Xankişiyeva

Paylaş:
803

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər