Türkiyədə azərbaycanlılar avtomobil qəzasına düşüb: yaralılar var – FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə azərbaycanlılar avtomobil qəzasına düşüb: yaralılar var – FOTO

10:26 - 22 / 08 / 2017
Türkiyədə azərbaycanlılar avtomobil qəzasına düşüb: yaralılar var – FOTO

Türkiyənin Muğla vilayətində 2-si uşaq olmaqla yeddi azərbaycanlı turist yol-nəqliyyat qəzasına düşüb. Yaralılar yerli xəstəxanlara çatdırılıb.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, azərbaycanlı turistlərin olduğu avtomobil (34 AAB 549 dövlət nömrə nişanlı) yoldan çıxaraq əvvəl çevrilib, daha sora reklam bannerinə çırpılıb.

Qəza zamanı sükan arxasında olan 22 yaşlı Leyla Şahverdiyeva, 23 yaşlı Zərifə Şahverdiyeva, 4 yaşlı Roza Muradlı, 20 yaşlı Fidan Məmmədova, 49 yaşlı Mahirə Məmmədova, 40 yaşlı Məlahət Nuriyeva və 7 yaşlı Kamran Nuriyev müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Muğlada yerləşən Sıtkı Koçman Universitetinin xəstəxanasına yerləşdiriliblər. Xoşbəxtlikdən onların vəziyyəti normaldır.

Məlum olub ki, maşında olan azərbaycanlı turistlər Bodruma səyahət etməyi planlaşdırıblarmış.

S.Xankişiyeva

Foto: CNN Türk

Paylaş:
900

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər