Erməni hərbi qulluqçunun ölümünün təfərrüatları məlum olub
Avqustun 20-də Ermənistan Müdafiə Nazirliyi hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürüldüyü barədə məlumat yayılmışdı.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, böyük əks-səda verən ölüm hadisəsinin sonradan əslində intihar olduğu bəyan edilmişdi. Andranik Mkrtçyanın ölümünün təfərrüatları artıq məlum olub.
Ermənistanda sosial şəbəkə istifadəçilərinin iddialarına görə, hadisə cinsi istismar-homoseksualizm zəminində törədildiyindən belə ajiotaja səbəb olub. Aparılan araşdırmalar zamanı hadisənin bir çox təfərrüatları ortaya çıxıb.
Oğurluq etdiyinə görə xidmət yeri Yerevan yaxınlığındakı hərbi hissədən Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilən Andranik Mkrtçyanın intihar etməsi ilə bağlı özünüöldürmə həddinə çatdırılma maddəsi ilə cinayət işi açılıb.
Ermənistan istintaq komitəsinin hərbi istintaq bas idarəsinin xüsusi mühüm işlər üzrə istintaq idarəsinin baş müstəntiqi Q.Xacatryan tərəfindən verilən açıqlamada deyilir: “Müdafiə nazirliyinin hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırılma” maddəsi ilə cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, Kanakerdə xidmət edən və “Ando” kimi tanınan Andranik Mkrtçyan və digər hərbi qulluqçular hərbi hissəyə xidmətə gələn gənc əsgərləri mütəmadi olaraq cinsi istismara məruz qoyduğu, eləcədə oğurluq etdiyi üçün hərbi hissə komandanlığının təşəbbüsü ilə xidmətini davam etdirmək məqsədilə Mehri şəhərində göndərilib.
Cinsi təzyiqlərə məruz qalan gənc əsgərlərin valideyinləri “Ando”dan qisas almaq qərarına gəliblər. A.Mkrtçyanı izləyən valideynlər onu tutaraq zorlayıblar və buna dözməyən M.Andranik özünə qəsd etmək qərarına gəlib”. İstintaqa məlum olub ki, gənc əsgərlərə qarşı bu kimi əməlləri “Ando” işğal olunmuş Kəlbəcər rayonunda postlarda olarkən də törədib. Postlarda xidmət keçən bir çox gənc əsgərin M.Andranik tərəfindən cinsi təzyiqlərə məruz qaldığı bildirilir.
Ermənistanlı hərbi qulluqçunun çoxunun cinsi istismara məruz qaldığını inkar etməsinə baxmayaraq, valideynlərin dəstəyi ilə bir neçə əsgər adlarının gizli saxlanılması şərtilə istintaqla əməkdaşlığa razılıq veriblər. İlkin versiya olaraq, nizamnamədən kənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A.Mkrtçyanın istifadəsində olan avtomatı çənəsinə söykəyərək intihar etdiyi bildirilir.
Hadisə ilə bağlı cinayət işi başlayıb araşdırma davam etdirilir.
S.Xankişiyeva