Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları ixrac edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları ixrac edilib

19:04 - 25 / 08 / 2017
Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları ixrac edilib

Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, artıq Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları (pomidor, gavalı, armud, şaftalı, nektarin, yaşıl zeytun və zeytun məhsulları, o cümlədən 8000 şüşəyə yaxın zeytun yağı, zeytun mürəbbəsi, 2700 şüşəyə yaxın nar şirəsi, 1200 qutudan artıq çay) ixrac edilib.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, bundan başqa, Azərbaycan istehsalı olan məhsulların Belarusda satışının təşkili məqsədilə Ticarət Evi ilə həmin ölkənin bir sıra iri ticarət şirkətləri arasında müqavilələr bağlanıb.

Azərbaycan məhsullarının Belarusa ixracının genişləndirilməsi üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə Belarus Respublikasının Minsk şəhərində Azərbaycan Ticarət Evi yaradılıb.

Azərbaycan Ticarət Evi hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı ilə bu ilin 26 may tarixində açılıb.

Ümumi sahəsi 529 m² olan Azərbaycan Ticarət Evinin 364 m²-lik sahəsində Azərbaycan məhsullarının daimi sərgisi fəaliyyət göstərir. Sərgidə Azərbaycan müəssisələrinin istehsal etdiyi müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), çay, mineral sular, spirtli içkilər (şərab, konyak), xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s. nümayiş olunur.

Babək Cahandarov

Paylaş:
1094

Son xəbərlər

“Yanardağ” qoruğunun iş saatları artırılıb08 / 07 / 2024, 17:56Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib08 / 07 / 2024, 17:46Sabah bu 2 rayonda qaz olmayacaq08 / 07 / 2024, 17:42Saray qəsəbəsinə giriş-çıxış avtomobillər üçün məhdudlaşdırılacaq08 / 07 / 2024, 17:28Bakıda beşmərtəbəli binada yanğın baş verib - VİDEO08 / 07 / 2024, 17:17Sabah bu rayonda qaz olmayacaq08 / 07 / 2024, 17:01Brüsseldə ANAMA-BMTİP əməkdaşlığı müzakirə edilib - FOTO08 / 07 / 2024, 16:58Küləkli hava ilə bağlı xəbərdarlıq edildi08 / 07 / 2024, 16:37Baş prokuror Kamran Əliyev Vyanada işgüzar səfərdədir08 / 07 / 2024, 16:25Azərbaycanda Bosch Brendinin ilk eksklüziv mağazası açıldı!08 / 07 / 2024, 16:17Hövsan və Türkan sahillərində balıqlar niyə tələf olur? - Xidmət rəisi açıqladı08 / 07 / 2024, 15:58Dağlıq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ08 / 07 / 2024, 15:56Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb08 / 07 / 2024, 15:53Bakıda qurumuş və qəzalı ağacların götürülməsi aparılır08 / 07 / 2024, 15:29Azərbaycanın daha bir təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb08 / 07 / 2024, 15:27Fikrət Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib08 / 07 / 2024, 15:21İdarə rəisi, dünya çempionu, vitse-spiker - Suraxanıya başçı təyin edilən Adil Əliyevin DOSYESİ08 / 07 / 2024, 15:05“Məşğulluq haqqında” qanunda dəyişiklik edildi08 / 07 / 2024, 14:55DGK əməkdaşları Mingəçevirdə külli miqdarda tütün məmulatları aşkar edib08 / 07 / 2024, 14:45Qusara yeni icra başçısı təyin edilib - SƏRƏNCAM08 / 07 / 2024, 14:25
Bütün xəbərlər