İsveçrə firması 1 milyon dollarlıq mini-kompüter təqdim edib | 1news.az | Xəbərlər
Dünya

İsveçrə firması 1 milyon dollarlıq mini-kompüter təqdim edib

21:15 - 25 / 08 / 2017
İsveçrə firması 1 milyon dollarlıq mini-kompüter təqdim edib

İsveçrənin “Prime Computer” şirkəti “PrimeMini 3” mini kompüterinin 1 milyon dollar məbləğində olan xüsusi versiyasını çıxarıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu mini kompüter “Intel Core i5-6260U” prosessoru, daxili “Intel Iris Graphics 540” qrafik sürətləndiricisi, 8 giqabaytlıq “DDR4” əməli yaddaşı, 250 giqabaytlıq “Samsung EVO” SSD diski, “Wi-Fi 802.11ac”, “Bluetooth” ilə təchiz edilib və “Windows 10 Home” sisteminin idarəetməsi ilə işləyir.

Mini kompüterdə şirkətin bütün məhsullarında tətbiq edilmiş ventilyatorsuz soyutma texnologiyasından istifadə olunur. İstehsalçı “PrimeMini 3” kompüterinin xüsusi versiyasını 18 karatlıq qızıldan hazırlanmış korpusla təchiz edib. Məhz bu səbəbdən mini kompüterin qiyməti 1 milyon dollar təşkil edir.

Şirkət belə kompüterin istehsalı üçün 500 min dollar dəyərində qızıldan istifadə edir. 10 ədəd qızıl “PrimeMini 3” mini kompüteri istehsal ediləcək. Bu kompüterlər Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan olan müştərilər üçün nəzərdə tutulub.

1news.az

Paylaş:
844

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər