Məşhur müğənni sevgilisi tərəfindən öldürüldü - VİDEO - FOTO
Məşhur türkiyəli aktyor və aparıcı Vatan Şaşmaz Beşiktaşda lüks hotellərdən birində ölü tapılıb.
1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə yerinə gələn polislər iki cəsəd aşkarlayıb. Onlardan biri 55 yaşlı keçmiş model Filiz Akar olub. O, əvvəlcə Vətən Şaşmazı öldürüb, daha sonra isə özü intihar edib.
Polis əməkdaşları hadisə yerindən qətildə istifadə olunan tapançanı götürüblər. Həmin silahın Şaşmazın adına olduğu müəyyən edilib.
F.Akerin qardaşı oğlu deyib ki, hadisədən əvvəl kafedə olublar. Aker çox xoşbəxt olduğunu, heç vaxt özünü belə gözəl hiss etmədiyini deyib. Yarım saatlıq yuxarı çıxıb bir dostu ilə görüşəcəyini bildirib. Amma sonra telefonlara cavab verməyib. Hotel otağının qapısı mühafizəçilər tərəfindən açılanda isə iki cəsəd aşkar edilib:
“Xalam illərdir Vatana aşıq idi. Uzun zamandır ki, burda qalırdı. Mən hər ikisinə görə çox üzülürəm”.
Qeyd edək ki, Şaşmaz 1974-cü ildə anadan olub O, 2015-ci ildə memar Yasemin Adal ilə ailə həyatı qurub. Hazırda xanımı 4 aylıq hamilədir.
1news.az