Niderlandda üzən adalar yaradılacaq | 1news.az | Xəbərlər
Dünya

Niderlandda üzən adalar yaradılacaq

22:08 - 28 / 08 / 2017
Niderlandda üzən adalar yaradılacaq

Niderlandda şəhərlərdə yaranmış yüksək əhali sıxlığının aradan qaldırılması məqsədilə üzən adalar meydana gələcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunun üçün mühəndislər üzən adalardan istifadə etməyi təklif ediblər. “MARIN” adlanan bu adalar bir-birinə modul üsulu ilə birləşdirilimiş üçbucaqlardan ibarətdir.

Ölkə mühəndisləri bəyan edirlər ki, modul üsulu ilə yaradılmış adaların diametri hətta 5 kilometrədək çata bilər.

Süni adalarda ofşor evlər, müxtəlif ictimai təşkilatlar üçün binalar, enerji və dəniz yosunu istehsal edən zavodlar və sair inşa etmək mümkündür.

1news.az

Paylaş:
662

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər