Astanadan İrəvana uçan təyyarə təcili eniş edib | 1news.az | Xəbərlər
Dünya

Astanadan İrəvana uçan təyyarə təcili eniş edib

15:26 - 30 / 08 / 2017
Astanadan İrəvana uçan təyyarə təcili eniş edib

Astanadan İrəvana uçan Qazaxıstanın SCAT aviaşirkətinə məxsus təyyarə Aktau şəhərində təcili eniş edib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisəyə səbəb bir sərnişinin özünü pis hiss etməsi olub.

Sərnişinin halı iki dəfə pisləşob və təyyarənin kapitanı Aktau aerodromunda eniş etmək barədə qərar qəbul edib.

Həkim müdaxiləsindən sonra sərnişinin vəziyyəti yaxşılaşıb və təyyarə reysi davam etdirib.

86 sərnişinin olduğu təyyarə 1 saat 40 dəqiqə gecikməli olub.

P.Sultanova

Paylaş:
1089

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər