Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb | 1news.az | Xəbərlər
Dünya

Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb

10:43 - 30 / 08 / 2017
Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib.

Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi.

Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.

S.Xankişiyeva

 

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər