Los Ancelesdə fövqəladə vəziyyət rejimi tətbiq edilib
Los-Ancelesdə meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Məlumata görə, meşə yanğını 3,5 min hektar ərazini əhatə edib, 700 evin əhalisi təxliyə olunub.
1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, meşə yanğını magistral yolun və yerli yolların bağlanmasına gətirib çıxarıb. Havanın yüksək temperaturu yanğının daha geniş əraziyə yayılma ehtimalını artırır. Yanğının söndürülməsi işinə mindən çox yanğınsöndürən cəlb edilib.
1news.az
792