Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstəriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstəriləcək

15:10 - 05 / 09 / 2017
Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstəriləcək

Bu gündən etibarən vətəndaşlar ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək kommunal xidmətlərdən yararlana bilər.

Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.

Məlumata görə, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB-nin 45 növ xidməti təqdim olunur.

Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet səhifəsi vasitəsi ilə əldə edə bilərlər.

“ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Babək Cahandarov

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər