Günəşdən 100 dəfə böyük qara dəlik kəşf edilib | 1news.az | Xəbərlər
Dünya

Günəşdən 100 dəfə böyük qara dəlik kəşf edilib

20:30 - 06 / 09 / 2017
Günəşdən 100 dəfə böyük qara dəlik kəşf edilib

Yaponiyanın Keio Universitetinin alimləri Süd Yolu Qalaktikasının mərkəzindən 200 işıq ili uzaqlıqda yeni bir qara dəlik kəşf ediblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qara dəlik molekulyar qazlarla əhatə olunub.

Tədqiqatçılar Çilidəki Atakama çölündə ALMA teleskopu ilə təsbit etdikləri ortakütləli qara dəliyin öz növündə ilk və böyüklüyünə görə Süd Yolu Qalaktikasında ikinci olduğunu açıqlayıblar.

Qalaktikada qaz buludunun öyrənilməsi sırasında kəşf edilən qara dəliyin Günəşdən 100 dəfə böyük olduğu bildirilir.

Babək Cahandarov

Paylaş:
1301

Son xəbərlər

Bütün xəbərlər