Saakaşvili yenidən Polşa-Ukrayna sərhədini keçməyə cəhd edəcək | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili yenidən Polşa-Ukrayna sərhədini keçməyə cəhd edəcək

19:46 - 10 / 09 / 2017
Saakaşvili yenidən Polşa-Ukrayna sərhədini keçməyə cəhd edəcək

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini qatarla keçmək cəhdi baş tutmayıb.

 1news.az  RİA Novosti-yə istinadən məlumat verir ki, Saakaşvili Polşanın Pşemıslye yaşayış məntəqəsində qatardan düşürülüb.

 Ukrayna vətəndaşlığından məhrum edilmiş M. Saakaşvili yenidən öncəki planına qayıdıb və sərhədi avtomobil sərhəd-keçid məntəqəsindən keçməyə qərar verib.

Saakaşvilinin tərəfdarları onu “Krakoveç” sərhəd-keçid məntəqəsində  qarşılamaq üçün Mostiska yaşayış məntəqəsinə toplaşıblar. M. Saakaşvili keçirdiyi mətbuat konfransında deyib ki, qanuni yolla Ukrayna ərazisinə daxil olmağa çalışacaq:

“Bunun üçün mənə ukraynalı sərhədçilərlə əlaqə yaratmaq lazımdır. Dəmir yol vağzalında bunu etmək mümkün olmadı. ”.

Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.

1news.az

Paylaş:
962

Son xəbərlər

Bütün xəbərlər