ABŞ demokratlarının myuziklının müəllifi vəfat edib | 1news.az | Xəbərlər
Dünya

ABŞ demokratlarının myuziklının müəllifi vəfat edib

11:17 - 11 / 09 / 2017
ABŞ demokratlarının myuziklının müəllifi vəfat edib

Amerikalı bəstəkar və şair Maykl Fridman 41 yaşında dünyasını dəyişib.

1news.az xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.

Onun vəfat etməsinə səbəb QİÇS xəstəliyi olub.

Fridman 1975-ci ildə Bostonda dünyaya gəlib. "Yalnızlıq qalası", "Xilas edilən”, "Allahın qulağı" və "Mavi iblis” kimi myuzikllər üçün musiqilər və şeirlər yazıb.

O, həmçinin "Vətəndaşlar" eksperimental truppasının təsisçilərindən biridir.

Bəstəkara ABŞ-ın Demokratik Partiyasının qurulmasına həsr edilmiş rok-myuzikl məşhurluq gətirib. Əsərin premyerası 2008-ci ildə olub.

1news.az 

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər