Apple “ağıllı saat” telefonunu təqdim edib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Apple “ağıllı saat” telefonunu təqdim edib – FOTO

14:26 - 13 / 09 / 2017
Apple “ağıllı saat” telefonunu təqdim edib – FOTO

Apple korporasiyası Kaliforniyada keçirilmiş təqdimat çərçivəsində yeni Apple Watch qurğusunu təqdim edib.

Hitech.vesti.ru-nun verdiyi xəbərə görə, "Apple Watch Series 3" cihazı LTE dəstəkli daxili mobil modula malikdir. Beləliklə, saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar.

Cihazın displeyi, həm də antena rolunu oynayır. Apple Watch qurğusunun korpusu əvvəlki nəsillə müqayisədə dəyişməyib. Yeni nəsil saat yeni Apple W2 prosessoru ilə təchiz edilib. Bunun sayəsində əvvəlki nəsildən 70 faiz daha məhsuldardır. Həmçinin korpusdakı Digital Crown düyməsi qırmızı rəngdədir.

Qurğu sentyabrın 22-dən satışa çıxarılacaq. LTE versiyanın qiyməti 400 dollardan, mobil modulsuz versiyanın qiyməti isə 330 dollardan başlayacaq.

S.Xankişiyeva

Paylaş:
884

Son xəbərlər

Bütün xəbərlər