PAŞA Sığorta şirkəti yeni tədris ili qabağı məktəbliləri sevindirdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Sığorta şirkəti yeni tədris ili qabağı məktəbliləri sevindirdi

17:45 - 14 / 09 / 2017
PAŞA Sığorta şirkəti yeni tədris ili qabağı məktəbliləri sevindirdi

Davamlı olaraq KSM (Korporativ Sosial Məsuliyyət) layihələr keçirən PAŞA Sığorta şirkəti bu dəfə təhsilə və elmə dəstək məqsədi ilə Azərbaycanın cənub zonasında yaşayan bu il birinci sinifə gedəcək uşaqları sevindirdi.

Beləliklə, 8 sentyabr tarixində PAŞA Sığorta şirkətinin nümayəndələri Lənkəran Dövlət üniversitetinin akt zalında bu il məktəbə gedəcək Lənkəran, Lerik, Yardımlı, Astara və Masallı rayonlarında yaşayan bir sıra az təminatlı ailələrin uşaqlarının iştirakı ilə əyləncəli tədbir keçirdilər. Tədbirdə həmçinin uşaqları əyləndirmək üçün bir neçə maraqlı viktorinalar təşkil olundu.

Tədbir zamanı iştirakçılara məktəbli formaları və bütün ehtiyac duyulan ləvazimatlarla doldurulmuş məktəbli çantaları paylanıldı.  Qeyd edək ki, tədbirdə  200-ə yaxın iştirakçı var idi. Tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmişdir.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Reklam hüququnda

Paylaş:
780

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər