London metrosundakı partlayışda yaralananların sayı artıb | 1news.az | Xəbərlər
Dünya

London metrosundakı partlayışda yaralananların sayı artıb

21:44 - 15 / 09 / 2017
London metrosundakı partlayışda yaralananların sayı artıb

London metrosunda baş verən partlayış nəticəsində yaralananların sayı 29-a çatıb.

1news.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 22 nəfərin yaralandığı bildirilirdi.

Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Skotland-Yarddan bildirilib ki, qatarda yerləşdirilən əldəqayırma partlayıcı qurğu tam işə düşməyib.

London metrosunun "Parsons Green” stansiyasında partlayış bu gün, səhər saatlarında baş verib.

 1news.az

 

 

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər