İraqda törədilmiş terror aktı qurbanlarının sayı artıb | 1news.az | Xəbərlər
Dünya

İraqda törədilmiş terror aktı qurbanlarının sayı artıb

10:02 - 15 / 09 / 2017
İraqda törədilmiş terror aktı qurbanlarının sayı artıb

İraqın cənubunda Di-Kar əyalətində baş vermiş iki terror aktı qurbanlarının sayı 74 nəfərə çatıb, 93 nəfər isə yaralanıb.

1news.az xəbər verir ki, bu barədə Əl-Cəzirə kanalı məlumat yayıb.

Daha əvvəl 50 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi. Qeyd edək ki, terrorçular kafeyə hücum edib, həmçinin  Di-Karla Mutanna əyalətləri arasındakı keçid məntəqəsi yaxınlığında partlayıcı maddə quraşdırılmış avtomobili işə salıblar.

Ölən və yaralananların arasında İran vətəndaşları da var.

Hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb.

P.Sultanova



 

 

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər