Kiyev metrosunda üzərində qumbara olan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Kiyev metrosunda üzərində qumbara olan şəxs saxlanılıb

14:51 - 16 / 09 / 2017
Kiyev metrosunda üzərində qumbara olan şəxs saxlanılıb

Ukraynanın paytaxtı Kiyevdə metroda şübhəli sərnişinin üzərinə baxış keçirilib.

1news.az xəbər verir ki, 22 yaşlı şəxsin üzərindən RGD-5 qumbarası, üç tüstü bombası və iki səsboğucu tapılıb.

Saxlanılan şəxs silah-sursatın bir hissəsini tapdığını, digər hissəsini isə internetdən sifariş etdiyini deyib.

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər