Azərbaycan dini konfessiyaların rəhbərləri Brüsselə gedir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan dini konfessiyaların rəhbərləri Brüsselə gedir

15:25 - 20 / 09 / 2017
Azərbaycan dini konfessiyaların rəhbərləri Brüsselə gedir

Azərbaycan dini konfessiyaların rəhbərləri gələn həftə Brüsselə səfər edəcək.

1news.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis  Yankauskas jurnalistlərə deyib.

O bildirib ki, ilk dəfə olaraq həyata keçirilən bu səfər 25-28 sentyabr tarixlərində baş tutacaq.

Diplomatın sözlərinə görə, dini liderlər səfər zamanı Avropa İttifaqının xarici siyasət xidməti, Avropa Parlamenti, eləcə də NATO-nun qərargahında olacaqlar:

"Azərbaycan öz dini tolerantlığı ilə çox yaxşı tanınır. Bu səfər isə qeyd edilən istiqamətdə öz töhfəsini verəcək”.

Səfir viurğulayıb ki, Aİ də Bakıda “İmagine” tolerantlıq festivalını təşkil etməklə bu istiqamətə öz töhfəsini verir.

P.Sultanova

Paylaş:
920

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər